Bu günün rəsmi valyuta məzənnələri: avro ucuzlaşdı
Azərbaycan Mərkəzi Bankı 1 avqust tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan verilən məlumata görə, avqustun 1-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat təşkil edir.
Manata nəzərən avronun məzənnəsi 1.8788 manat təşkil edir.
1 türk lirəsi 0.3050 manat, 1 rus rublu 0.0267 manat, 100 İran rialı 0,0040 manat, 1 gürcü larisi isə 0.5763 manatdır.