Bank

“AtaBank” filialını birləşdirdi

Xəbər verdiyimiz kimi, “AtaBank” ASC-nin bazarda mövqeyinin daha da möhkəmləndirilməsi, xidmət səviyyəsinin yüksəldilməsi və gəlirliliyinin artırılması üçün islahatlar aparılacaq.

ENA” xəbər verir ki, islahatlar çərçivəsində filial şəbəkəsinin optimallaşdırılmasına başlanılıb. Məsələn, Bakı şəhərində Heydər Əliyev pr., 91 ünvanında yerləşən “Xəzər” filialı "Nərimanov" filialına birləşdirilib. Artıq bu filialın müştərilərinə 29 İyul 2019-cu il tarixindən etibarən Ə.Rəcəbli küç., 9A ünvanında yerləşən "Nərimanov" filialında xidmət göstəriləcəkdir. Qeyd edək ki, “Xəzər” filialı "Nərimanov" filialına yaxın ünvanda yerləşirdi. 

25 İyul 2019-cu il tarixində  “AtaBank”ın səhmdarlarının yığıncağı keçirilib. Yığıncaqda Bankda islahatların aparılmasına, o cümlədən Müşahidə Şurasının və İdarə Heyətinin dəyişdirilməsinə qərar verilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)