“AtaBank”ın rəhbərliyi dəyişəcək
“AtaBank” ASC-nin rəhbərliyində geniş dəyişikliklər ediləcək.
Maliyyə bazarındakı mənbənin verdiyi məlumata görə,a 25 İyul 2019-cu il tarixində axşam radələrində “AtaBank”ın səhmdarlarının yığıncağı keçirilib. Yığıncaqda Bankda islahatların aparılmasına, o cümlədən Müşahidə Şurasının və İdarə Heyətinin dəyişdirilməsinə qərar verilib. Mənbənin sözlərinə görə, hazırda “AtaBank” ASC-nin İdarə Heyətinin sədri Dəyanət Quliyev də vəzifəsindən azad ediləcək. Banka tezliklə yeni sədr və sədr müavinləri təyin ediləcəkdir. Dəyanət Quliyevin isə Bankın əsas səhmdarı olan “Synergy Group” MMC-də yüksək bir vəzifəyə təyin edilməsinə qərar verilib. Yeni sədr təyinatınadək Dəyanət Quliyev İdarə Heyətinin sədri vəzifəsini icra edəcəkdir.
Mənbə xüsusi qeyd etdi ki, bütün dəyişikliklər “AtaBank”ın daha yüksək səviyyəyə qaldırılmasına hesablanıb. Bank Azərbaycanda ən böyük kapitala malik banklardan biridir. Güclü kapital (145 milyon manat) daxil Bankın potensialından daha səmərəli istifadə edilməsi hədəflənir.
İddia ilə bağlı "AtaBank" ilə əlaqə saxlanılıb.
Bankdan təsdiq edilib ki, rəhbərlikdə dəyişikliklər nəzərdə tutlur və bütün dəyişikliklər müsbət yönümlüdür. Bank tərəfindən məsələ ilə bağlı tezliklə ictimaiyyətə rəsmi açıqlama veriləcəkdir.
Xatırladaq ki, “AtaBank” ASC-nin nizamnamə kapitalının 86%-i “Synergy Group” MMC-yə,14%-i fiziki şəxslərə məxsusdur.