Vakansiyalar

Collezione Italia işçi axtarır - VAKANSİYA

Collezione Italia” “İR üzrə rəhbər ” vakansiyası elan edir:

Namizədə dair əsas tələblər:

• Azərbaycan, rus, ingilis dilində mükəmməl yazı və ünsiyyət vərdişləri;
• Azərbaycan Respublikasının Əmək Məcəlləsi və digər qanunvericilik aktlarını mükəmməl bilmək;
• Lokal normativ hüquqi aktların hazırlanma qaydalarını;
• Kadr ehtiyyatının formalaşdırılması və inkişafı, habelə işçi heyyətinin planlaşdırılmas və rotasiya üsullarını;
• Kompüterdən mükəmməl istifadə bacarıqlarını (xüsusilə MS Word, Excel, Internet)

Əsas vəzifə və öhdəliklər:

• Korporativ davranış və daxili nizam-intizam qaydalarının hazırlanması və icrasına nəzarət;
• İşə qəbul qaydalarının hazırlanması və icrasına nəzarət;
• Təlim zəruriyyətinin aşkarlanması və təlim planının hazırlanması
• Təlim planı üzrə tədbirlərin həyata keçirilməsinə nəzarət
• Kadr kargüzarlığının təşkili qaydalarının hazırlanması və icrasına nəzarət;
• Tabeçiliyində olan işçinin öz vəzifə öhdəliklərini icra etməsinə nəzarət edilməsi, onun barədə təqdimatların verilməsi;
• Müsahibələrin aparılması və namizədlərə dair rəy verilməsi;
• Şirkətin təşkilati strukturunun hazırlanması;
• Korporativ geyim forması və dres-kodun hazırlanması və icrasına nəzarət;
• İşçilərdən aylıq tutulmalara nəzarət və bunun üçün müvafiq hesabatların hazırlanıb mühasibatlığa təqdim olunması;
• İşçilərin vəzifə təlimatlarının hazırlanması;
• İşçilərin davamiyyətinə nəzarət.

Uyğun namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “İR üzrə rəhbər” sözlərini qeyd edərək hr@collezioneitalia.az e-ünvanına göndərsinlər. 
İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department