Sığorta

Azərbaycanda təyyarə mühərrikinə görə 5 milyon manat sığorta ödənişi verilib

“İpək Yolu Sığorta” ASC Azərbaycana məxsus yük təyyərəsinin sıradan çıxmış mühərrikinə görə, təxminən, 5 milyon manat sığorta ödənişi verib.

ENA.az xəbər verir ki, ödəniş sığortaçı ilə birlikdə “Silk Vey Holdinq” MMC-yə daxil olan “Silk Vey Vest Aviaşirkəti” MMC-yə verilib.

Belə ki, aviaşirkətə məxsus olan sığortalı “Boeing 747” markalı təyyarəsi bu ilin əvvəllərində Cənubi Koreyanın paytaxtı Seulun hava limanına enərkən onun mühərriki zədələnib. Problemi həmin aeroportun texniki heyəti aradan qaldırıb. 

Bundan sonra sığorta ödənişi ilə bağlı prosedurlar başlayıb və “İpək Yolu Sığorta” təyyarənin təkrar sığortasını üzərinə götürmüş xarici tərəfdaşlarına müraciət edib. Bu ilin may ayından başlayaraq “Silk Vey Vest Aviaşirkəti”nə ödəniş edilməsinə başlanılıb. Mayda, təxminən, 4,5 milyon manat, iyunda isə, təxminən, 500 min manat kompensasiya ödənilib. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)