Sosial iqtisadiyyat

Azərbaycanda rayonlara gecə reysləri bərpa edilir

Məlum olduğu kimi, sərnişin daşınmasında təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə əlaqədar olaraq 2010-cun ilin may ayının 6-dan etibarən Bakı Beynəlxalq Avtovağzal Kompleksindən şəhərlərarası istiqamətdə uzaq məsafələrə yola düşən avtobusların qrafikində dəyişiklik edilib. Belə ki, gecə saatlarında avtobusların Bakıya doğru və əks istiqamətdə hərəkətinə qadağa qoyulub. Gecə saatlarında avtobusların regionlara doğru hərəkəti artıq bərpa olunur.

Bunu açıqlamasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova deyib.

Onun sözlərinə görə, Naxçıvan Muxtar Respublikasına birbaşa quru sərhəd olmadığına görə, reyslər beynəlxalq reyslər kimi keçirilir. Beynəlxalq reyslərdə isə hazırda da gecə reysləri mövcuddur. İlin əvvəlində Naxçıvan əhalisinin istəyini nəzərə alaraq Naxçıvan-Bakı-Naxçıvan istiqaməti üzrə gecə reysini açmışıq. Hazıda isə növbəti gecə reyslərinin respublikanın digər şəhərlərarası marşrut xətlərində də bərpa edilməsi ilə bağlı işlər gedir. 

DANX rəsmisi bildirib ki, artıq bununla bağlı hökümətə müraciət olunub:

“"Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üzrə Respublika Komissiyasının da müvafiq tövsiyyələri nəzərə alınmaqla gecə reyslərinin yaxın gələcəkdə intensiv olan şəhər və qəsəbələrə fəaliyyəti bərpa edilə bilər” - N.Allahyarova qeyd edib.

 

 
 
Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)