Vakansiyalar

Xalq Sigorta işçi axtarır - VAKANSİYA

Tibbi Dispetçer

Namizədə tələblər

- Cinsi: Qadın
- Yaş həddi: 24-30
- Təhsili: Ali tibbi təhsili mütləqdir
- Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili (əla), İngilis dili (arzuolunandır) 
- Ünsiyyət qurmaq və komandada işləmək bacarığı 
- Standart MS Office proqramlarında işləmə bacarıqları (Word, Excel, və s.)

Əsas vəzifə öhdəlikləri

- Sığorta olunanların müraciətlərinin texniki və tibbi qiymətləndirilməsini aparmaq
- Sığorta olunanların şikayətlərinə uyğun olaraq optimal tibbi xidmət alması üçün müvafiq tibb müəssisəsinə yönəltmək 
- Sığorta olunanın tibb müəssisəsində keyfiyyətli tibbi xidmət almasının təşkil etmək 
- Tibb müəssisələrinin Könüllü Tibbi Sığorta üzrə xidmət göstərilməsi haqqında müqavilə şərtlərinə riayət edib etməməyinə nəzarət etmək və qanunauyğunsuzluq aşkar etdikdə dərhal şöbə müdirinə məlumat vermək 
- Tibb müəssisəsinə yönəldilən sığorta olunanın diaqnozu və həkim təyinatı əsasında sığorta hadisəsinin ilkin qiymətləndirilməsini həyata keçirmək 
- Sığorta olunanların tibb müəssisələrinə müraciətinin koordinasiyası və uçotunu həyata keçirmək 
- Tibbi göstərişlər əsasında sığorta olunanların hospitalizasiyasının təşkil etmək və stasionarda olan müddətdə onların vəziyyətinə nəzarət etmək 
- Sığorta olunanlara tibb müəssisələrinə müraciət qaydası, eyni zamanda onların hüquq və öhdəlikləri haqqında tövsiyələr vermək 
- Sığorta olunanlar apteklərə yaxınlaşdıqda dərmanların diqnoza, təminata uyğunluğunu və limitinə nəzarəti həyata keçirmək

İş şərtləri

- İş vaxtı: həftə içi 5 gün / 09:00-dan 18:00 dək
- Şənbə və bazar – istirahət günləri

Xahiş olunur hazırlanmış CV formasını hr@xalqsigorta.az ünvanına göndərəsiniz.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department