Azərbaycanda qəzaya uğramış avtomobilə görə 72 min manat sığorta ödənişi verilib
Azərbaycanda kasko sığortası olan “Nissan Pathfinder” markalı minik avtomobili birtərəfli hərəkət yolında əks istiqamətdə hərəkət edərək qəzaya uğrayıb.
ENA.az bu barədə sığorta şirkətinə istinadən xəbər verir.
Məlumata görə, iyulun 17-də həmin avtomobilin sahibinə 72 min manat sığorta ödənişi verilib. Bu məbləğ nəqliyyat vasitəsinin bazar dəyərinə əsasən ödənilib.