Bank

“Amrahbank”ın göstəriciləri “necə əriyib”?

Prudensial normativləri ödəmədiyi üçün diqqət mərkəzində olan “AmrahBank”ın 2018-ci ilin üçüncü rübü üzrə açıqladığı rəqəmlər pozitiv fikir yaratmağa imkan vermir.  

Faiz gəlirləri kəskin azalıb

“AmrahBank”ın 2018-ci ilin üçüncü rübündə faiz gəlirlər ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 dəfə azalaraq 5 milyon 982 min manat, faiz xərcləri isə 8 milyon 355 min manat təşkil edib. Bankın xalis-qeyri gəlirləri illik müqayisədə 22,8% azalaraq 4 milyon 493 min manat olub.

Xalis valyuta əməliyyatları üzrə gəlirləri 1,8 dəfə azalıb

“AmrahBank”ın 2018-ci üçüncü rübündə xalis valyuta əməliyyatlarından 2 milyon 736 min manat  xalis gəlirləri əldə edib. Halbuki, ötən ilin eyni dövründə bank 4 milyon 914 min manat xalis gəlir əldə etmişdi.

Zərəri artıb

BI “AmrahBank”ın 2018-ci ilin üçüncü rübünün mənfəət və zərər hesabatına əsasən xəbər verir ki, bankın zərəri illik müqayisədə 1,7 dəfə artaraq 10 milyon 282 min manat olub.


Aktivləri “əriyib”

“AmrahBank”ın 2018-ci ilin üçüncü rübünün balans hesabatında əsasən, bankın cəmi aktivləri 207 milyon 43 min manat təşkil edib. Bu göstərici 1 illik müqayisədə 12% azalma deməkdir. Bankın müştərilərinə verdiyi kreditin həcmi 105 milyon 830 min manat olub.

Nağd vəsaitlərin həcmi cari ilin 9 ayında 14 milyon 666 min manat təşkil edir. Bankın “Nostro” hesabları illik müqayisədə 7,4 dəfə azalaraq 4 milyon 517 min manata düşüb.
 


Banklar və digər kredit təşkilatları depozitlərini geri çəkib
2018-ci ilin üçüncü rübündə bankın cəmi öhdəlikləri illik müqayisədə 6,5% azalaraq 174 milyon 799 min manat olub. Bank və digər kredit təşkilatlarının depozit və kreditləri illik müqayisədə 3,8 dəfə azalaraq 10 milyon 92 min manat təşkil edib. Müştəri hesabları o cümlədən müddətli və tələbli depozitlərin cəmi 161 milyon 497 min manat olub.

 

“AmrahBank” 30 Sentyabr 2018-ci il tarixində 32 milyon 244 min manat cəmi balans kapitalına, 24 milyon 698 min manat məcmu kapitala malik olub.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department