Neft bahalaşır - SON QİYMƏT
Dünya birjalarında neftin qiyməti artıb.
ENA.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,18 dollar və ya 0,32% bahalaşaraq 56,95 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,18 dollar və ya 0,28% artaraq 64,01 dollar təşkil edib.