“Huawei” gizli şəkildə Şimali Koreyaya mobil şəbəkə yaratmağa kömək etdi
Çinin texnologiya nəhəngi “Huawei Technologies Co Ltd”, Şimali Koreyaya mobil şəbəkə yaratmaqda və saxlamaqda gizli kömək edib.
ENA.az xəbər verir ki, “Huawei” dünyanın ən böyük telekommunikasiya avadanlıqları istehsalçısıdır, “Panda International Information Technology Co Ltd” ilə birgə fəaliyyət göstərir.
2008-ci ilə qədər Şimali Koreya ölkədə 3G şəbəkəsi qurmaq istəyən transmilli şirkətləri tapmaqda çətinlik çəkib. 2006-cı ildə KXDR-ın o dövrdəki lideri Kim Çen İn şirkətin Şencen şəhərindəki qərargahını ziyarət edib.
Bu ziyarətdən sonra “Huawei”, Misirin “Orascom Telecom Holding” və Koreyanın “Korea Post and Telecommunications Corporation” (KPTC) ilə birgə ortaq müəssisə qurmuşdur. Nəticədə, 2008-ci ildə Koryolink simsiz şəbəkəsi qurulub.
“Huawei” özü isə Şimali Koreya ilə əməkdaşlıq etmədiyini bildirib.
ABŞ-ın Ticarət Nazirliyi şirkətin Şimali Koreya ilə 2016-cı ildən bəri münasibətlərində araşdırmalar aparıb.
May ayında ABŞ-ın Ticarət Nazirliyi “Huawei” və əlaqəli hüquqi şəxslərin ABŞ firmalarından xidmətlər və komponentlər almaq imkanlarını məhdudlaşdıraraq “qara siyahı” ya əlavə etməyi qərara alıb. İyunun sonunda ABŞ və Çin, prezident Donald Trampın bu məhdudiyyətləri yumşaltmaq niyyətini açıqladıqdan sonra ticarət danışıqlarını bərpa etməyə razılıq veriblər.
Vesti.Ekonomika-nın verdiyi məlumata görə, dekabrın 1-də Kanadada şirkətin təsisçisi Ren Zhengfei-in qızı həbs edilmişdir. Nyu-Yorkun şərqi rayon prokurorluğu maliyyə direktorunu sanksiyaların pozulmasında ittiham etmişdir.