"Twitter" İran KİV-lərinin hesablarını dondurur
"Twitter" sosial şəbəkəsi İranın bir neçə kütləvi informasiya vasitəsinin, o cümlədən "İRNA", "YJC" və "Mehr" informasiya agentliklərinin hesablarını dondurub.
ENA.az xəbər verir ki,, fars dilli hesabların dondurulması prosesi davam edir.
İranın Britaniyanın Hörmüz boğazında neft tankerini saxlamasından sonra, "Twitter"də İranın qurumlarına aid hesablar dondurulmağa başlayıb.
Məsələ ilə əlaqədar İranın Gənc Jurnalistlər Klubunun (YJC) direktoru Abbas Hünərmənd bildirib ki, "Twitter"də hesabın dondurulması ilə əlaqədar bu şəbəkəyə məktub ünvanlanıb və onlar məsələni araşdıracaqlarını bildiriblər.
A.Hünərmənd bunun 3-5 gün davam edə biləcəyini deyib: "Ehtimal olunur ki, İranın Britaniyanın neft tankerini saxlaması ardınca bu hadisə baş verib".
Qeyd edək ki, 19 iyulda İran Britaniyaya məxsus “Stena İmpero” neft tankerini saxlayıb.