İnvestisiya dahisindən - 10 QIZIL TÖVSİYƏ
ENA.az investisiya dahisi Amerikalı investor, biznesmen Uorren Buffetin 10 qızıl tövsiyəsini təqdim edir.
1. Birinci qayda: Əsla pul itirmə, İkinci qayda: Birinci qaydanı unutma
2. Mükəmməl bir şirkətin səhmlərini yaxşı bir qiymətə almaq, yaxşı bir şirkətin səhmlərini mükəmməl qiymətə almaqdan yaxşıdır.
3. Bizim investisiyalarımız dəyişiklik yoxluğundan mənfəət əldə edər. Bir saqqız şirkətinə investisiya etdikdə, bu firmanın internetdəki inkişafdan təsir görməyəcəyini bilirik.
4. Səhm alan zaman, axmağın belə idarə edə biləcəyi qədər mükəmməl şirkətlərdən almağa çalışıram. Çünki, axırda axmağın biri o şirkətin başına gələcək.
5. Birjalara hər fürsətdə balıq kimi atlamağa ehtiyac yoxdur. Öz vaxtınızın gəlməsini gözləyə bilərsiniz.
6. Qiymət ödədiyiniz miqdardır. Dəyər isə onun qarşılığında nə aldığınızdır. Ya səhm alırsınız, ya corab fərqi yoxdur. Qiyməti düşən zaman keyfiyyətli məhsullar almağa çalışıram.
7. Həmişə yaxşı bir qiymətə satmağa çalışmayın. Alış qiymətiniz o qədər aşağı olsun ki, ən pis satış qiyməti belə yaxşı mənfəət gətirsin.
8. İnvestisiya etdiyiniz iş sahəsini həqiqətən yaxşı bilirsinizsə, daha dar bir təhlükəsiz marjaya ehtiyac hiss edərsiniz.
9. Bazarı proqnozlaşdıranların falçılardan fərqi yoxdur. Məncə, qısadövrlü bazar təxminləri zəhərlidir. Bu təxminləri uşaqların və bazarda uşaq kimi hərəkət edən yetkinlərin əllərinin çatmadığı yerdə saxlamaq lazımdır.
10. Çox aktiv olduğunuz üçün deyil, işin sonunda haqlı çıxdığınız üçün pul qazanırsınız. Qazanc üçün nə qədər gözləyəcəksiniz sualına gəldikdə isə, müddətsiz gözləyə bilərsiniz.