Hindistan vətəndaşı Azərbaycanda turizm şirkəti yaradıb
Vergilər Nazirliyi “Kias Travel” MMC-ni dövlət qeydiyyatına alıb.
“Bİ” nazirliyə istinadən xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 125, nizamnamə kapitalı 10 min manat, qanuni təmsilçisi isə Hindistan vətəndaşı Kara İdris İbrahimdir.