Birja

Neft bahalaşır

Dünya birjalarında neftin qiyməti artıb.

ENA.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,32 dollar və ya 0,53% bahalaşaraq 60,52 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,40 dollar və ya 0,60% artaraq 66,92 dollar təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department