“Marriott” mehmenxanalar şəbəkəsini milyonlarla dollar cərimə gözləyir
Britaniya hökuməti “Marriott” mehmanxanalar şəbəkəsini 123,6 milyon ABŞ dolları həcmində cərimə etməyi planlaşdırır.
ENA.az Retail.ru-ya istinadən xəbər verir ki, bu təxminən 339 milyon müştəri məlumatlarının itkisinə görədir.
Böyük Britaniyanın İnformasiya Komissarlığı İdarəsinənin saytında paylaşılan xəbərə görə, xüsusilə İdarənin açıqlamasında deyilir: “Geniş araşdırmalardan sonra İdarə Marriott International-a xəbərdarlıqla bağlı öz niyyətini elan etdi. Məlumatların müdafiəsinin ümumi reqlamentinin pozulmasına görə, şirkəti £99,200,396 cərimə gözləyir. Təklif olunan cərimə “Marriott”un 2018-ci ilin noyabrında bildirdiyi kiberhadisə ilə bağlıdır.
Hadisə nəticəsində dünyada 339 milyon qonaq qeydlərini əhatə edən müxtəlif şəxsi məlumatlar açılıb. Onların təxminən 30 milyonundan çoxu Avropa İqtisadi Zonasının 31 ölkəsində yaşayan sakinlər ilə bağlıdır. Məlumatları əldə edilən təxminən 7 milyon müştəri isə Böyük Britaniyanın sakinidir.
“Marriott”dan isə məsələ ilə bağlı deyiblər ki, onlar İdarənin qərarından məyusdurlar və bununla bağlı rəsmi şəkildə öz etirazlarını edəcəklər.
“Marriott”un açıqlamasında deyilir: “Biz bu xəbərdarlıqdan məyus olmuşuq və öz etirazımızı bildirəcəyik. Marriott İdarənin bütün araşdırmasında onunla əməkdaşlıq edib. Starwood qonaqlarının sifariş verilməsi üzrə məlumat bazasına kibercinayətkarlar hücüm edib”.
Xatırlatmaq yerinə düşər ki, hələ 2018-ci ilin noyabr ayında “Marriot” 500 milyon müştərinin məlumatlarının oğurlanması ilə bağlı İdarəyə bildirib. İtki məlumatların təhlükəsizliyi sahəsində hadisə ilə bağlıdır. Şirkətin məlumatına görə, hadisə Starwoodrezervasiya sisteminə icazəsiz giriş ilə əlaqəli idi.
“Mariott”dan qeyd edirlər ki, sistemdə 327 milyon qonaq haqqında məlumat mövcud idi. Burda müştərinin adı, poçt adresi, telefon nömrəsi, pasport nömrəsi, doğum günü, cinsi, gəlmə və getmə haqqında informasiyalar, rezervasiya datası və digər kontaktlar yer alıb.
Qeyd edək ki, “Marriott International” mehmanxana biznesi ilə məşğuldur. Kompaniya 130 ölkə və regionda 6,7 min oteli idarə edir.