Birja

Neft bahalaşır

Dünya birjalarında neftin qiyməti artıb.

ENA.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,26 dollar və ya 0,43% bahalaşaraq 60,69 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,21 dollar və ya 0,31% artaraq 67,22 dollar təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)