Sosial ev almaq istəyənlərin nəzərinə - MÜRACİƏT
Mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərindən (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.
ENA.az Mənzil İnşaatı Dövlət Agentliyinə (MİDA) istinadən xəbər verir ki, yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir.
İstifadəçilərə satış vaxtından bir neçə saat əvvəl sahib olduqları gücləndirilmiş elektron imza (Elektron İmza (www.e-imza.az) və ya Asan İmza (www.asanimza.az)) vasitəsilə "Güzəştli mənzil" sisteminə daxil olmaları tövsiyə olunur.
Bu onlara Elektron İmza və ya Asan İmzanın işlək vəziyyətdə olub-olmamasını, həmçinin onlayn imzalayıcı proqramının kompüterə yüklənməsini öncədən müəyyən etməyə imkan yaradacaq.