Dollar milyonçularının sayı son on ildə ilk dəfə azalıb
2018-ci ildə dünyada milyon dollardan çox varidatı olan 18 milyon şəxs qeydə alınıb. Bu, 2017-ci illə müqayisədə 0,3 faiz azdır.
ENA.az Deutsche Welle teleradio kompaniyasına istinadla xəbər verir ki, bu barədə məlumat Capgemini konsaltinq şirkətinin məruzəsində yer alıb.
Milyonçuların sayının azalması 2008-ci ildə baş verən maliyyə böhranından sonrakı on ildə ilk dəfədir müşahidə edilir. 2017-ci ilə nisbətən milyonçuların əlində cəmlənən ümumi kapitalın həcmi təxminən üç faiz – 68,1 trilyon dollara qədər azalıb.
Dollar milyonerlərinin sayına görə ilk yeri ABŞ tutur. Onun ardınca isə Yaponiya, Almaniya və Çin gəlir. Dünya üzrə milyonçuların 60 faizindən çoxu bu dörd ölkənin payına düşür.