Gürcüstanda dollar rekord həddə - BAHALAŞDI

Gürcüstanın milli valyutası olan lari rekord həddə ucuzlaşıb.
ENA.az xəbər verir ki, gün ərzində aparılan əməliyyatlar zamanı lari dollar qarşısında 7 tetri ucuzlaşıb. Hazırda valyuta mübadiləsi məntəqələrində 1 dolların alışı 2,92 lari, satışı isə 2,95 lari təşkil edir. Kommersiya banklarında əməliyyatlarda isə 1 dolların satışı 2,90 lari, alışı isə 2,83 laridir.
- Eləcə də bax: Dövlət Duması: Rusiya turizm baxımından Gürcüstana alternativ olaraq Azərbaycana üz tutur
Qeyd edək ki, ötən gün Gürcüstan Milli Bankı rəsmi valyutasının dollara qarşı məzənnəsini 2,8320 lari səviyyəsində müəyyən edib.
Yeni məzənnə bu gün saat 17:00-da elan ediləcək.
- Eləcə də bax: Gürcüstan prezidenti Rusiya rəhbərliyinə müraciət edib