400 ton kartof və kivi İran və Gürcüstana geri qaytarılıb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) səlahiyyətlərinin icrasına başladığı tarixdən etibarən karantin tətbiq edilən zərərli orqanizmlərin təhlükəliliyi nəzərə alınaraq 400 ton kartof və kivi məhsulları İran və Gürcüstana geri qaytarılıb.
ENA.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.
Agentlik sədri həmçinin qeyd edib ki, aşkar olunan karantin tətbiq edilən zərərli orqanizmin təhlükəliliyi nəzərə alınaraq 255.9 ton məhsul məhv edilib və 390 nəqliyyat vasitəsi, habelə 838.092 ton və 187164 kub.m məhsul müxtəlif üsullarla zərərsizləşdirilib.