Rəsmi

Bakı-Tbilisi qatarının qəzaya uğraması ilə bağlı - AÇIQLAMA

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Bakı-Tbilisi qatarının qəzaya uğraması ilə bağlı açıqlama verib. 

Qurumdan ENA.az-a bildirilib ki, iyunun 8-də saat 23:20-də dəmiryolunun Padar-Sığırlı mənzilində kontakt şəbəkəsində yaranmış nasazlıq nəticəsində qatarların hərəkətində ləngimə olub:

“Hərəkətdə olan 38 saylı Bakı-Tbilisi sərnişin qatarı yolda qalıb. Qatar teplovoz dartısı ilə Sığırlı stansiyasına gətirilib və oradan təyinatı üzrə yola salınıb. Hadisə nəticəsində Bakı-Tbilisi sərnişin qatarının hərəkətində iki saat ləngimə qeydə alınıb”.

QSC-dən qeyd edilib ki, hazırda qatarlar hazırda qrafik üzrə hərəkət edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)