Avtomobil

“Jaguar Land Rover” zəifləmiş avtomobil sənayesini gücləndirir

Böyük Britaniyanın tanınmış konserni “Jaguar Land Rover” Brexit məsələsindən sonra zəifləmiş ingilis avtomobil sənayesini gücləndirir.

“Jaguar Land Rover” Brexit üzərində yaranan qeyri-müəyyənliyə görə avtomobil sənayesində yaranan durğunluğu aradan qaldırmaq üçün bir sıra yeniliklər etməyi planlaşdırıb.

Böyük Britaniyanın ən böyük avtomobil istehsalçısı verdiyi açıqlamada bildirib ki, flaqman lüks sedan, XJ, Birminqam yaxınlığında yerləşən bir zavodda hazırlanmış ilk elektrik model olacaq. Lakin əvvəlcə zavodun əsaslı təmirinə bu ay başlanılacaq.

Böyük Britaniyada bu ilin ilk beş ayında 2018-ci ilə nisbətən təxminən 150 min az avtomobil istehsal olunub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)