ENA+

Mərkəzi Asiyanın ən hündür göydələni Özbəkistanda olacaq - VİDEO

Özbəkistanın Daşkənd şəhərində gələcəkdə Mərkəzi Asiyanın ən hündür göydələninə çevriləcək binanın maketi təqdim edilib.

ENA.az “Sputnik Özbəkistan”a istinadən xəbər verir ki, obyekt hazırda tikintisi davam etdirilən “Tashkent-City” ərazisində yerləşəcək. 50 mərtəbədən ibarət olacaq binanın hündürlüyü 215 metr təşkil edəcək.

“Tashkent-City” özündə yaşayış evləri, biznes mərkəzləri, konsert zalı, otel və əyləncə komplekslərini birləşdirəcək. Tikinti işlərinin dörd il ərzində başa çatdırılması nəzərdə tutulub.

 


 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)