Dünyanın ən yaxşı evi seçildi - FOTO
“The Architectural Review” nəşri “AR House 2019” mükafatının qalibini elan edib.
ENA.az xəbər verir ki, dünyanın ən yaxşı evinin seçildiyi müsabiqədə 200-dən çox layihə iştirak edib. Ancaq onların arasında Yaponiyanın Kurasiki şəhərində yerləşən ev qalib seçilib. “General Design Co” Tokio şirkəti tərəfindən hazırlanan evin təməlini köhnə tikili təşkil edir. Həmin tikiliyə dizaynerlər müasir görünüş verərək yeni texnologiyalarla təchiz ediblər və tarixi görünüşünü qoruyub saxlayıblar.
Binanın dam örtüyü tamamilə əvvəlki formasında saxlanılsa da, digər detallara cüzi dəyişiklik edilib.