ENA+

İranda çay 40 faiz bahalaşıb

İranda iyunun 17-dən 1-ci dərəcəli çayın qiyməti 32%, 2-ci dərəcəli çayın qiyməti 40% bahalaşıb.

ENA.az xəbər verir ki, bunu İranın Çay Təşkilatının sədri Həbib Cahansaz deyib.

H.Cahansazın sözlərinə görə, təsərrüfatçılardan 1 kq 1-ci dərəcəli çay yarpağı 36 min rial (1,44 manat), 2-ci dərəcəli çay yarpağı isə 22 min riala (0,88 manat) satın alınır.

Təşkilat rəsmisi əlavə edib ki, indiyədək 2,05 trilyon rial (təxminən 81,5 milyon manat) dəyərində 63 min tondan çox çay yarpağı təsərrüfatçılardan satın alınıb:

“Bu qədər çay yarpağından təxminən 14,3 min ton çay emal olunub”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)