Dövlət Agentliyi işçilər axtarır - VAKANSİYA
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi icbari tibbi sığortanın tətbiqini təmin edən, xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Şəmkir, Gəncə, Şəki, Lənkəran, Cəlilabad, Quba, Göyçay, Şirvan, Ağcabədi, Mingəçevir və Şamaxı şəhərlərində fəaliyyət göstərəcək filialları üçün Filial rəhbəri, Həkim ekspert və İT mütəxəssisi vəzifələrinə vakant yerlər elan edir.
Filial rəhbəri üçün vəzifə öhdəlikləri:
• Müvafiq xəstəxanalarda sığorta işinin təşkili sahəsində metodiki köməkliyin göstərilməsi;
• Vətəndaş müraciətlərinə baxılması və şikayətlərin yerində araşdırılması;
• Agentlik tərəfindən verilmiş səlahiyyət əsasında tibbi xidmətlərin keyfiyyətinin yoxlanılması məqsədilə monitorinqin aparılması;
• Xəstəxanalarla bağlanmış müqavilələrin icrasına nəzarətin həyata keçirilməsi və tələblərin təmin edilməsi barədə Agentliyə məlumatın təqdim edilməsi;
• Agentlik tərəfindən verilmiş səlahiyyət əsasında və müəyyən edilmiş qaydada tibbi ekspertiza işinin aparılmasının təmin edilməsi;
• Tibb müəssisələrində işlərin avtomatlaşdırılması sahəsində metodiki köməkliyin göstərilməsi və bu sahədə Agentliyin aparatı ilə sıx əməkdaşlıq;
• Xəstəxanalarla bağlanmış müqavilələrin icrasına nəzarətin həyata keçirilməsi və tələblərin təmin edilməsi barədə Agentliyə məlumatın təqdim edilməsi;
• Heyətə effektiv rəhbərliyin təmin edilməsi;
• Filialın səmərəli işinin təmin edilməsi;
• Agentliyin İdarə Heyətinə filialın fəaliyyəti, çatışmazlıqlar və s. barədə mütəmadi hesabatın təmin edilməsi.
Həkim ekspert üçün vəzifə öhdəlikləri:
• Xəstəxanadaxili tibbi ekspertizanın həyata keçirilməsi;
• Tibb təchizatçıları tərəfindən təqdim olunan göstərilmiş tibbi xidmətlərin reyestrlərinə ilkin, texniki və tibbi-iqtisadi dəyərləndirmənin həyata keçirilməsi;
• Tibbi-iqtisadi ekspertizanın aparılması zamanı yaranan mübahisəli məsələlərin araşdırılması məqsədi ilə vətəndaşlar və ya tibbi personal ilə görüşlərin keçirilməsi;
• Sığorta hadisəsi zamanı sığorta olunana tibbi xidmətin keyfiyyətinə (yoxlama periodundan kənar vaxtda tibbi ekspertiza) nəzarət edilməsi;
• Daxil olan müraciətlərin öz səlahiyyətləri daxilində araşdırılması və cavablandırılması;
• Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
İT mütəxəssisi üçün vəzifə öhdəlikləri:
• İnformasiya sistemlərinə aid olan istifadəçi sorğularının və müraciətlərinin qəbul edilməsi, sistemdə olan səlahiyyət çərçivəsində, sistem istifadəçilərinin sorğularının həll edilməsi;
• Mövcud olan informasiya sistemlərinin dəstəklənməsi, sazlanması və modullarının tətbiqində iştirak;
• Mövcud olan informasiya sistemlərinin təlimatlarının, istifadə və istismarı haqqında metodik və normativ materiallarının hazırlanması və texniki dəstəyinin təmin edilməsi;
• Xəstəxana idarəetmə proqramının dəstəklənməsi.
Vəzifə üçün tələblər:
• Ali təhsil (müvafiq vakant vəzifə üzrə);
• Filial rəhbəri üçün 5 ildən az olmayaraq, qalan vəzifələr üçün 3 ildən az olmayaraq müvafiq sahədə əmək stajı;
• Analitik təhlil, təşkilatçılıq, komandada işləmə, ünsiyyət qurmaq bacarığı;
• Microsoft Ofis proqramlarından sərbəst istifadə bacarığı.
Maraqlanan namizədlər CV-lərini 20 iyul 2019-ci il tarixinədək hr@its.gov.az e-mail ünvanına göndərə bilərlər.
Müraciət olunan vəzifənin adı qeyd edilməlidir.
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.