Vakansiyalar

"Atəşgah" sığorta şirkəti 700 manat maaşla işçi axtarır - VAKANSİYA

«Atəşgah» Sığorta Şirkəti 

İT layihələrə dəstək şöbəsinin mütəxəssisi  (Application Support – SQL Developer)

Namizədə tələblər

• Yaş həddi : 22-30
• Təhsil: Ali
• İş təcrübəsi:ən azı 1 il müvafiq sahə üzrə
• Dil bilikləri: Azərbaycan (əla), İngilis dili ( texniki ), Rus (arzuolunandır)
• MS SQL Server və PostgreSQL ilə iş bacarığı
• Mürəkkəb DML, DDL, DCL and TCL  sorğular yazmaq və onları optimallaşdırmaq bacarığı. 
• Analitik təhlil və operativlik bacarığı
• Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı
• İdarəetmə və analitik hesabatların işlənib hazırlanması 
• Texniki sənədləri tərtib etmək təcrübəsi

İş şərtləri

• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı 09:00 - 18:00
• İş günü 5/2  (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
• Sabit əmək haqqı 700 AZN

Məlumatlandırıcı qeydlər

• Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
• CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
• CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
• Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir
• İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur
• Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
• CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
• İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini (şəkilsiz CV’lərə baxılmayacaq) recruiting@ateshgah.com  mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “İT layihələrə dəstək şöbəsinin mütəxəssisi  (Application Support – SQL Developer)”  qeyd etmələri xahiş olunur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department