Bank

Azərbaycan bankları aktivləri azalan ölkələr siyahısında ilk onluqdadır

Böyük Britaniyanın nüfuzlu “The Banker” jurnalının təqdim etdiyi renkinq cədvəlinə görə, Azərbaycan bank sektoru cari ildə dünya banklarının aktivləri azalan ölkələr siyahısında ilk onluğa daxil edilib.

Bu barədə “The Banker” jurnalına istinadən xəbər verilir.

Dərc olunan materialda cari ildə Azərbaycan banklarının cəmi aktivləri 8,82% azalaraq 4,867 mlrd dollar təşkil etdiyi bildirilir. Halbuki ötən il bu rəqəm 5,338 mlrd dollar təşkil edib. Bununla da Azərbaycan siyahının 6-cı pilləsində qərarlaşıb.

Qeyd edək ki, 40 ölkənin adının düşdüyü siyahının ilk üçlüyündə Anqola, Argentinə və Türkiyə qərarlaşıb. Belə ki, bu ölkələrin banklarının cəmi aktivləri müvafiq olaraq 31,39%, 19,69%, 15,65% azalıb. Qazaxıstan banklarının cəmi aktivlərinin azalma nisbəti isə 12,51% təşkil edərək ölkəni siyahının 4 pilləsində qərarlaşdırıb.

Onu da bildirək ki, siyahının sonuncusu Avstriyadır. Belə ki, bu ölkənin banklarının cəmi aktivləri cari ildə 0,03% azalaraq 699,335 mlrd dollar təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)