Sığorta

Azərbaycanda 9 sığorta şirkətinin yığımları azalıb

Bu ilin yanvar-may aylarının yekununa görə, Azərbaycandakı 22 sığorta şirkətindən 12-nin yığımları illik müqayisədə artıb, 9-nun yığımları azalıb, 1 şirkət ("Xalq Həyat Sığorta" ASC) ötən ilin eyni dövründə bazarda olmadığı üçün onun yığımlarında dinamika qeydə alınmayıb.

ENA.az xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı statistik hesabatda bildirilir.

Hesabata əsasən, son 1 ildə yığımları ən çox artan şirkət "Xalq Sığorta" ASC-dir. Bu şirkət yanvar-ayda 11,132 milyon manat sığorta haqqı toplayıb ki, bu da 1 il əvvələ nisbətən 3,8 dəfə çoxdur. Yığımları ən az artan şirkət isə Dövlət Sığorta Kommersiya Şirkətidir ("Azərsığorta"). Bu şirkətin daxilolmaları ötən 5 ayda 34,501 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 3,1% çoxdur.

Yığımları azalan şirkətlər arasında ən pis vəziyyət "AXA MBASK" Sığorta Şirkəti ASC-dədir. Bu şirkət 5 ay ərzində 999 min manat sığorta haqqı toplayıb ki, bu da 1 il əvvələ nisbətən 87,9% azdır. Daxilolmalarda azalma baxımından ən yaxşı vəziyyət isə "Atasığorta" ASC-dədir. Bu şirkətin yığımları 0,9% azalaraq 8,007 milyon manata düşüb. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)