Sığorta

Bazara yeni icbari sığorta məhsulları gətiriləcək - PALATANIN SƏDRİ

Maliyyə Bazarlarına Nəzarət Palatası bazara yeni sığorta məhsullarının gətirilməsi istiqamətində işlər görür.

ENA.az xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov Bakıda keçirilən "Azərbaycanda Sığorta Bazarı: trendlər və imkanlar" adlı IX Beynəlxalq Sığorta Forumunda (AIIF-2019) məlumat verib.

“Həkimlərin peşə məsuliyyətinin sığortasının, sığorta agentlərinin məsuliyyətinin sığortasının və inşaat və tikini işçilərinin sığortası məhsullarının bazara gətirilməsi nəzərdə tutulur. Bir də Palata hesab edir ki, gömrük və digər qurumların nəzarət buraxılış məntəqələrində sahibkarların saxlancdakı məhsullarının icbari sığortasına böyük ehtiyac var”, - o deyib.  

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)