Avtomobil

Putin reklam etdi, Avropada satışları artdı - FOTO

Rusiya prezidenti Vladimir Putinin rus avtomobil nəhəngi “Lada”nın “Vesta” və “Granta” modellərini tanıtmasından sonra Avropada maşınların satışında artım müşahidə olunub.

” xarici mediaya istinadən xəbər verir ki, “Focu2Move” araşdırma şirkətinin məlumatına görə, bu ilin ilk 9 ayında 82 min 794 “Lada Vesta” satılıb. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə avtomobillərin sayına görə 46,5% artım deməkdir. Builki satışlar sayəsində “Lada” Avropada ən çox satılan maşınlar siyahısında 71-ci yerdən 49-cu pilləyə yüksəlib.

 

“La Granta” modeli isə bu ilin ilk 9 ayında 74 min 463 ədəd satılıb. Bu model ötən illə müqayisədə pillələrdə yüksələrək 55-ci yerdə qərarlaşıb.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)