Neft kəskin bahalaşıb - SON QİYMƏT
Dünya bazarlarında neft bahalaşıb.
"ENA" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1,21 dollar və ya 2,09% artaraq 59,04 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 1,10 dollar və ya 1,69% artaraq 66,15 dollar təşkil edib.