Statuslar

Düşünülmüş OYUN

Ucotun düzgün təşkil olunmaması əsassız faiz (penya) hesablamaları ilə nəticələnir. Təcrübə gostərir ki, kredit təşkilatları pul vəsaitinin uçotunu daha DƏQİQ və ƏDALƏTLİ aparır nəinki xəzinədarlıq və vergi orqanları.

Kart hesabı ilə aparılan ödənişlərə diqqət yetirdikdə görürük ki, şərti olaraq 29 dekabr 2018-ci ildə (şənbə günü) istehlak etdiyimiz elektrik enerjisi görə 50 manat ödəniş etdiyimiz zaman qeyri-iş günü olduğundan ödənilmiş pul vəsaiti hesabda bloklanır və yalnız 03.01.2019-cu il tarixdən (ilk iş günündə) hesabdan silinir. Həmin müddətədək kart istifadəçisinin balansında vəsait 50 manat az görünür. Eyni zamanda həmin anda Azərişıq bu ödənişə görə borcu silir.

Büdcəyə ödəniş aparıldıqda idə fərqli mənzərə ortaya çıxır. 

Məsələn, vergi ödəyicisinin 10000 manat borcu var. 21.06.2019-cu ildə (cümə günü, saat 17:00-da) ƏDV depozit hesabından 10000 manat vəsait dövlət büdcəsinə ödənilir. Həmin vəsaitin büdcəyə daxil olması 24.06.2019-cu il tarixdə (3 gündən sonra) reallaşır. Bu müddətdə də vergi ödəyicilərinə əsassız faiz hesablanır. Məsələni birdə Növruz bayramı ərəfəsində edilmiş ödəniş üzrə düşünək:
19 mart 2019-cu ildə ƏDV depozit hesabında büdcəyə ödənilmiş vəsait şəxsi hesab vərəqəsində 27 mart tarixində əksini tapır və 8 günə faiz hesablanır.

***Nəzərə alsaq ki, Əlavə dəyər vergisinin depozit hesabı vahid xəzinə hesabıdır və ƏDV-nin depozit hesabı Dövlət Xəzinədarlığı Agentliyində açılır;
***Nəzərə alsaq ki, ödənişlər elektron qaydada həyata keçirilir və ödənişin edilmə anı (günü, saatı, dəqiqəsi və saniyəsi) qeyd olunur. Ödəniş aparıldığı an pul vəsaiti vergi ödəyicisinin sərəncanından çıxır, ASAN imza ilə təsdiq edilir və əməliyyatı ləğv etmək mümkün olmur.
***Nəzərə alsaq ki, elektron portalın inzibatçısı Vergilər Nazirliyidir. 
***Nəzərə alsaq ki, vergilərin hesablanmasının və ödənilməsinin uçotunu yenə də Vergilər Nazirliyi aparır. 
Belə olduğu halda ödəmə barədə qeyd şəxsi hesab vərəqəsinə niyə ödəniş olunduğu an qeyd olunmur?
Bu tip əməliyyatlar zamanı ümumilikdə 100 min manatlarla məbləğdə əsassız faiz hesablanır.
Sizcə TƏSADÜFDÜR ???

 

Vəli Əliyev
Ekspert

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department