Gürcüstan parlamentinin sədri istefa verib
![](https://ena.az/uploads/news/2019-06/_ena_eb997e5b634af0d10dcdcaf5c_o.jpg)
Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze tutduğu vəzifədən ayrılır.
ENA.az xəbər verir ki, bu barədə brifinqdə Tbilisi meri Kaxa Kaladze bildirib.
Onun sözlərinə görə, müvafiq qərar hakim Gürcü Arzusu - Demokratik Gürcüstan Partiyasının siyasi şurasının iclasında qəbul edilib.
Xatırladaq ki, İ.Kobaxidze 2016-cı ilin noyabrında Gürcüstan parlamentinin sədri olub.