“Prezidentin son təyinatları hökumətin iqtisadi blokuna da təsir edəcək”
“Cənab Prezident tərəfindən nazirlərin rotasiya üsulu ilə yerinin dəyişdirilməsi çox düzgün addımdır”.
ENA.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında, millət vəkili Vahid Əhmədov deyib.
Eləcə də bax: Ramil Usubov kollektivlə sağollaşıb, Vilayət Eyvazov nazir qismində təqdim edilib
“Ramin Usubov, Vilayət Eyvazov, Mədət Quliyev və Əli Nağıyev Azərbaycanın müstəqilliyi uğrunda kifayət qədər mübarizə aparıb. Mən son addımları alqışlayıram. Bu vəzifə təyinatları hökumətin iqtisadi blokuna da təsir edəcək”, - V.Əhmədov əlavə edib.