Dünya birjalarında neft sürətlə bahalaşır - SON QİYMƏT
Dünya bazarlarında neft bahalaşıb.
"ENA" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 2,89 dollar və ya 5,38% artaraq 56,65 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,01 dollar və ya 0,02% artaraq 64,46 dollar təşkil edib.