Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xərcləri gəlirlərini üstələyib
2018-ci ildə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 216,162 milyon manat gəlir əldə edib.
“ENA” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bunun 177,292 milyon manatı birja əməliyyatlarından, 38,87 milyon manatı qeyri-birja əməliyyatlarından əldə olunub.
Ötən il nazirliyin xərcləri isə 216,302 milyon manat, o cümlədən maliyyə yardımları və sair transferlər üzrə xərcləri 212,658 milyon manat, əmək haqqı və dövlət sosial sığorta ayırmaları üzrə xərcləri 2,725 milyon manat, sair əməliyyat xərcləri 649 min manat, amortizasiya xərcləri 161 min manat, sərf edilmiş material ehtiyatları üzrə xərcləri isə 109 min manat təşkil edib.
Beləliklə, qurumun xərcləri gəlirlərini 200 min manat üstələyib.