BİZNES

Məşhur şirkətin Azərbaycanda nümayəndəliyi açılır

Azərbaycanda “Dell Emerging Markets (EMEA) Limited” şirkətinin nümayəndəliyi açılır. Bu şirkətin təmsilçisi Danimarka əsilli olan, Dell Technologies şirkətinin baş vitse prezidenti və baş meneceri Monrad Anna Anja-dır.

"ENA" xəbər verir ki, şirkət Bakı şəhəri, Nərimanov rayonu, M.Araz ev 43 ünvanında fəaliyyə göstərəcək.

Qeyd edək ki, “Dell Emerging Markets (EMEA) Limited” şirkəti 22 il 8 ay müddətdir ki, fəaliyyət göstərir. Şirkət fərdi komputerlərin satışı ilə məşğul olur. 15 iyun 2018-ci il tarixində təsdiq olunmuş son sənədə əsasən hazırda 4 fəal direktor və 1 aktiv katib var.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)