Naxçıvanda Dövlət Xidmətinə rəis təyinatı olub
Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsinə təyinat olub.
"ENA" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iyunun 18-də bununla bağlı fərman imzalayıb.
Fərmanla Daşqın Hidayət oğlu Rəhimov Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin edilib.