ENA+

Mixael Şumaxerin çempion olduğu "Ferrari" hərraca çıxarılacaq

“Formula 1” üzrə yeddiqat dünya çempionu Mixael Şumaxerin çempion olduğu bolid Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidəki hərracda satışa çıxarılacaq.

"ENA" xəbər verir ki, bolid "Sotheby" hərracında təqdim olunacaq. Bu, almaniyalı pilotun San-Marino, Avstriya və Fransa Qran-Prilərini qazandığı "Ferrari" F2002 bolididir. Məhz sonuncu Qran-pri Şumaxerə 5-ci titulu qazandırıb. 

Hərrac noyabrın 30-da "Formula 1" uik-endi zamanı baş tutacaq. 2002 "Ferrari" bolidi ilə yanaşı, avtomobilin ehtiyat hissələri də satışa çıxarılacaq.

Ödənişlərin bir hissəsi Mixael Şumaxerin fonduna göndəriləcək. Bu fond Şumaxer ailəsi tərəfindən məşhur pilotun hazırkı durumuna bənzər situasiyalarla üzləşən insanları birləşdirmək üçün yaradılıb. 

"Sotheby" nümayəndələri "Formula 1"lə tərəfdaşlıq şəraitində ilk dəfə belə bir hərrac təşkil edəcəklərini vurğulayıblar. Tərəflər auksiondan sonra da əməkdaşlığı davam etdirməyi planlaşdırırlar. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)