BİZNES

Adı "HS" ilə başlayan 5 şirkət yaradılıb

"ENA" Vergilər Nazirliyinə istinadən xəbər verir ki, 31 May 2019-cu il tarixində "HS İMPORTEX GROUP" MMC, "HS STEEL GROUP"  MMC, "HS GLOBAL TRADE" MMC, "HS POLİN TRADE" və "HS PROTEX GROUP" MMC şirkətləri dövlət qeydiyyatına alınıb. Hər 4 şirkətin qanunu təmsilçisi Hacıyev Sahib Seymur oğludur.

Nizamanamə kapitalları 5 manat olan 5 MMC-nin də hüquqi ünvanı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan, Massiv 2 ev1, m 51-dir. 

Hər bir şirkətin adındakı "HS" hərifləri böyük ehtimalla Hacıyev Sahibin baş həriflərini nəzərdə tutur. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)