ENA+

Dünya Bankı Gürcüstanın energetika sektoruna 62 mln. dollar ayırıb

Dünya Bankı (DB) Gürcüstanın energetika sisteminin inkişafına 62 mln. dollar kredit ayırıb.

ENA” xəbər verir ki, bununla bağlı DB ilə Gürcüstanın Maliyyə Nazirliyi arasında saziş imzalanıb.

Sənədi DB-nin Cənubi Qafqaz üzrə regional direktoru Mersi Tembon və Gürcüstanın maliyyə naziri İvane Maçavariani imzalayıblar. 

Layihənin məqsədi Gürcüstanın qərbində enerji təminatının etibarlılığının artırılması və Gürcüstanın Dövlət Elektrosisteminin maliyyə sağlamlaşdırılmasıdır.

M.Tembon bildirib ki, layihə Gürcüstanın regionlarında enerji təminatını gücləndirəcək və elektrik enerjisi ilə bağlı yaranan problemlərin aradan qaldırılmasına kömək edəcək.

İ.Maçavariani DB-nin Gürcüstanın energetika sektorunu dəstkləməsinin əhəmiyyətini qeyd edib. O bildirib ki, layihə yekun nəticədə vətəndaşların rifahının yaxşılaşmasına müsbət təsir göstərəcək.  

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)