Hövsandakı sosial evlərin nə vaxt satılacağı - AÇIQLANDI
Xəzər sahilindən cəmi 2 km məsafədə, ekoloji cəhətdən təmiz və yaşayış üçün rahat bir məkanda yerləşən Hövsan Yaşayış Kompleksinin tikintisi davam etdirilir.
Mənzil İnşaatı Dövlət Agentliyindən (MİDA) verilən məlumata görə, gələn ilin birinci yarısında mənzillərin vətəndaşlara təklif edilməsi planlaşdırılır.
11 çoxmənzilli yaşayış binasından ibarət olan Hövsan Yaşayış Kompleksi 2962 ailəni mənzillə təmin edəcək.