Neft yenidən ucuzlaşır - SON QİYMƏT

Dünya birjalarında neftin qiyməti azalıb.
"ENA" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,02 dollar və ya 0,04% azalaraq 51,91 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,03 dollar və ya 0,05% azalaraq 60,91 dollar təşkil edib.