BİZNES

Azərbaycandan Gürcüstana "pul axını" davam edir

Ötən ay Azərbaycandan Gürcüstana 1,92 mln. dollar pul köçürülüb. ENA.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Bankı məlumat yayıb.

İllik müqayisədə Azərbaycandan qonşu ölkəyə pul köçürmələrinin həcmi 14,02% artıb. Azərbaycandan Gürcüstana daxil olan pul kütləsinin ümumi köçürmələrdə payı 1,32% təşkil edib.

May ayında qonşu ölkəyə xarici ölkələrdən, ümumilikdə, 145,8 mln. dollar pul daxil olub. Bu məbləğ illik müqayisədə 15,4 mln. dollar və ya 11,8% çoxdur.

Hesabat ayında Gürcüstandan xarici ölkələrə isə 20,5 mln. dollar pul köçürülüb. İllik müqayisədə bu göstəricidə 3,9%, yaxud 19,7 mln. dollar artım qeydə alınıb. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)