ENA+

ABŞ Oman körfəzində tankerlərə hücumlara görə İranı günahlandırdı

ABŞ rəhbərliyi, dünən Oman körfəzində Yaponiyaya gedən iki neft tankerinə edilən hücumlara görə İranı günahlandırıb.

"ENA" xəbər verir ki, ABŞ Xarici işlər naziri Mike Pompeo, Nazirlikdə keçirdiyi mətbuat konfransında məsələ ilə bağlı açıqlamalar verib.

İranın uzun zamandır Hörmüz Boğazındakı neft nəqlini sabotaj etdiyini, indi isə hər nöqtədə bənzər hücumları etdiyini iddia edən Pompeo, son 2 aydır İran tərəfindən ardıcıl hücumlar həyata keçirildiyi bildirib.

Pompeo, İranın Oman Körfəzindəki iki neft tankerinə edilən son hücumlara görə də məsuliyyət daşıdığını bildirib:
 
"Əlimzdəki kəşfiyyat məlumatları hücumu etmək üçün istifadə edilən silahlara və peşəkarlığa baxanda İranın məsul olduğunu görürük. Bölgədə bu mürəkkəb hücumu təşkil edəcək qabiliyyətə malik hər hansı bir qrup yoxdur. Bu hücum İranın ABŞ və tərəfdaşlarına qarşı keçirdiyi təhlükəli hücumlardan yalnız bir dənəsidir. Bu provokasiya edici hücumlar, dəniz nəqliyyatı ilə yanaşı, beynəlxalq sülh və təhlükəsizliyə açıq təhdid yaradır".

Yaponiya gəmilərin hücuma məruz qaldığını bildirmişdi.

Oman Körfəzində dünən səhər saatlarında iki böyük neft tankerində partlayışlar olmuşdu. Tankerlərdə 44 nəfərlik ekipaj, İran xilasetmə qrupları tərəfindən xilas edilərək, İranın Hörmüzgan əyalətinə bağlı Cask Limanına aparılmışdı.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)