Qeyri-Bank

Bu BOKT kapitalını 2 dəfədən çox artırır

“Finoko” ASC bank olmayan kredit təşkilatı (BOKT) nizamnamə kapitalını 2,6 milyon manat və yaxud 2,15 dəfə artıraraq 2,255 milyon manatdan 4,855 milyon manata çatdıracaq.

Bu barədə BOKT-un baş direktoru Turan İsmayılov məlumat verib.

Onun sözlərinə görə, kapital artımı “Finoko”nun ötən il əldə etdiyi xalis mənfəət, eləcə də əlavə vəsait hesabına baş tutacaq. Artımdan sonra BOKT-un səhmdarlarının pay bölgüsü dəyişməyəcək.

Xatırladaq ki, “Finoko” 2014-cü ildən fəaliyyət göstərir. Onun səhmdarları Elçin Əliyev (Müşahidə Şurasının sədri) və Elmar Əliyevdir (Müşahidə Şurasının üzvü).

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)