Azərbaycanda 1 bank bu il faiz mənfəəti əldə etməyib
Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 29-nun bu ilin yanvar-mart aylarındakı faiz gəlirləri faiz xərclərini üstələyib.
Bu, aparılan araşdırma nəticəsində məlum olub.
Yalnız 1 bankda - "AGBank"da faiz xərcləri faiz gəlirlərindən müvafiq olaraq 806 min manat çox olub. Qalan 29 bank isə faiz əməliyyatlarında müsbət saldoya nail ola bilib.
3 aylıq faiz mənfəətinin ən yüksək həddi "Azərbaycan Beynəlxalq Bankı" ASC-də (85,254 milyon manat), ən aşağı həddi isə "Amrah Bank" ASC-də (13 min manat) qeydə alınıb.