“Türkiyə S-400 müdafiə sistemini alacaq demirəm, almışdır deyirəm”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan lideri olduğu AK Partiyanın toplantısında S-400 müdafiə sistemlərilə bağlı məsələyə aydınlıq gətirib.
ENA.az Türkiyə KİV-ə istinadla verdiyi məlumata görə, Ərdoğan qeyd edib ki, Türkiyə S-400 müdafiə sistemini alacaq demirəm, almışdır deyirəm: “Bu iş artıq bitmişdir. Önümüzdəki ay bu sistemin ölkəmizə çatdırılması prosesi həyata keçiriləcək”.
Türkiyə prezidenti diqqətə çatdırıb ki, bu, heç də sonsuz, hesabsız bir kredit deyil: “Bizə verilmiş dəstəyə qarşılıq vermək məcburiyyətindəyik”.